yolsuzluq (yolların pozğun və palçıqlı vaxtı)
yolu ilə getmək, bir kəsin yolu ilə getmək
OBASTAN VİKİ
Eşqə düşmək
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
ASEAN yolu
ASEAN yolu (ing. ASEAN Way), Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının regional və rəsmi himni.
Appi yolu
Appi yolu (lat. Via Appia) – Romada ilk dəfə çaydaşı ilə döşənmiş yol (uz.təqr. 580 km, eni 4–4,5 m). E.ə. 312-ci ildə senzor Appi Klavdinin (adı da buradandır) dövründə salınmağa başlanmışdır. Appi yolu əvvəl Romadan Kapuya şəhərinədək (350 km), e.ə. 244-cü ildə isə Brundizi (indiki Brindizi) limanınadək uzanırdı. Romalılar mühüm ticari və strateji əhəmiyyətə malik Appi yolunu «yolların kraliçası» adlandırıdılar. Appi yolunun ən qədim sahəsində Roma patrisilərinin iqamətgahları, yol boyunca isə qəbirüstü abidələr, qurbangahlar, tanınmış şəxslərin, həmçinin Roma hərbi və dövlət xadimlərinin məqbərələri olmuşdur. Müqəddəs Pyotr ilə İsa Məsihin görüşdüyü yerdə “Domine Quo Vadis?” (“Hara gedirsən?”) erkən xristian bazilikası inşa edilmişdir.
Avtomobil yolu
Avtomobil yolu — avtomobillərin hərəkəti üçün salınan, yaxud uyğunlaşdırılan yol. Müasir avtomobil yolunda avtomobilin sürətli və intensiv hərəkəti təhlükəsiz, fasiləsiz və rahat olmaqla bərabər, yük və sərnişin daşınması ucuz başa gəlməlidir. == Tarixi == SSRİ-nin iqtisadiyyatdakı əhəmiyyətinə görə ittifaq, respublika, yerli (rayon və kənd) və müəyyən idarə tableyində avtomobil yolları var idi. Azərbaycanda olan ittifaq. respublika və vilayət əhəmiyyətli avtomobil yollarının hamısına Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin, yerli yollar isə rayon icraiyyə komitələrinin nəzarətində idi. Bundan əlavə, "Azərneft" birliyi tabeliyində olan avtomobil yolları da var idi. SSRİ-də avtomobil yolları beş texniki dərəcəyə bölünürdü. Dərəcə bütün yol boyu və ya onun ayrı-ayrı hissələrində perspektiv (10–20 ildən sonra) orta gündəlik hərəkət intensivliyinə görə təyin edilirdi. Hərəkətin orta gündəlik intensivliyi (hər iki istiqamətdə) 7 min avtomobildən ço olduqda yol I dərəcəli, 3 mindən 7 minədək II dərəcəli, 1,000-dən 3 minədək III dərəcəli, 200-dən 1,000-dək IV dərəcəli və 200-dən az olduqda V dərəcəli adlanırdı. == İnşaatı == Yolun texniki normativləri (hərəkətin hesablanma sürəti, hərəkət zolaqlarının sayı, genişliyi, yol çiyinlərinin eni, üfüqi və şaquli əyrilərin ən kiçik radiusları, ən böyük uzunluq mailliyi, ən kiçik görmə məsafəsi, yol örtüyünün tipi və s.) onun texniki dərəcəsinə əsasən inşaat normaları üzrə müəyyənləşdirilir.
Baltik yolu
Baltik yolu (est. Balti kett, yəni Baltik zənciri; latış. Baltijas ceļš‎, lit. Baltijos kelias) — SSRİ-nin baltikyanı ölkələrində 23 avqust 1989-cu ildə keçirilən dinc aksiya. Litva, Latviya və Estoniya sakinləri Tallin, Riqa və Vilnüsü birləşdirən 600 km uzunluğunda canlı zəncir yaratmışdılar. Aksiyada 2 milyona yaxın insan, yəni 3 baltikyanı ölkənin o dövrdəki ümumi əhalisinin 25%-i iştirak etmişdir. Bu aksiya Molotov-Ribbentrop paktının imzalanmasının 50 illiyi münasibətilə təşkil olunmuşdu və dünya ictimaiyyətinin diqqətini Baltikyanı ölkələrin statusunu dəyişən tarixi hadisələrə yönəltmək məqsədi daşıyırdı. Həmin pakta və ona əlavə olunan məxfi protokola görə, SSRİ və Üçüncü Reyx Avropadakı nüfuz dairələrini müəyyən edirdilər: Latviya, Estoniya, Finlandiya, Polşa və Bessarabiyanın şərq vilayətləri SSRİ-yə, Litva və qərbi Polşa isə Almaniyanın nəzarətinə keçirdi. "Baltik yolu" baltikyanı xalqların SSRİ-dən ayrılmaq istəyini, onların bu yoldakı həmrəyliyini bütün dünyaya nümayiş etdirdi və müstəqillik uğrunda mübarizə aparan baltikyanı ölkələrdə özünəinamın artmasını göstərdi. Aksiyanın təşkilatçıları Estoniya Xalq Cəbhəsi, Latviya Xalq Cəbhəsi və Litvada "Sayudis" təşkilatı idi.
Fərqlənmə yolu
Cursus honorum (az. Şərəfli yol) — Qədim Romada hərbi və siyasi hakimiyyətin ierarxik pillələri.
Göy yolu
Göy yolu — türk və altay xalq mədəniyyətində və mifologiyasında Süd Yolu. Gökyolu, Kökzol və ya Gökcol da deyilir. Səmada bir yol kimi görünən qalaktika. Günəş sistemi bu qalaktika içərisindədir. Nağıl qəhrəmanlarının yenə bu yoldan keçdikləri izah edilər. Eyni mənalı olaraq "Ordu yolu" təbiri də istifadə edilir. Bəzən Quş yolu olaraq da ifadə edilər. Ancaq bu təbir çox məşhur deyildir. == Ordu yolu == Ordu yolu; türk, altay, macar və monqol mifologiyasında və xalq mədəniyyətində Süd yolu deməkdir. Urdazol və ya Ordacol olaraq da deyilər.
Kanat yolu
Kanat yolu — bir-birindən uzaq iki yer arasında, havada gərilmiş olan bir və ya bir neçə polad kəndir üzərində bağlanaraq yol alan asılı nəqliyyat vasitəsinə verilən ümumi addır. Kanat yolu lift prinsipiylə işləyib, xüsusilə vadi keçişlərində eynilə bir helikopter kimi yer səthindən olduqca yüksək nöqtələrə qalxa bilir. Kanat yolu nəqliyyat üçün çətin olan yüksəkliklər arasında qurulur. Bir dəniz ya da boğaz üzərində mövcud olanları da vardır. Kanat yolunun qurulduğu yerlər — quru, dəmir və dəniz yolu ilə nəqliyyatı çox çətin ya da çox bahalı olan bölgələrdir. Bu cür bölgələrdə müəyyən iki nöqtə arasında qurulan kanat yolu, insanların daşınması üçün istifadə olunur. İnsanların daşındığı kanat yollar polad kəmərlərlə asılı sərnişin kabinlərindən ibarətdir. Ümumiyyətlə tək istiqamətə və tək kəndir dolaşımlı olan kanat yolu sistemləri iki və daha çox polad kəndir ilə də hazırlanmaqdadır. Burada bir kəndir çəkici digər kəndir daşıyıcı kəndir vəzifəsini yerinə yetirir. Kanat yolu sistemləri polad kəndirə bağlama aparatı olan KLEM (Grip) vasitəsilə bir-birindən ayrılır.
Krallıq yolu
Krallıq yolu — e.ə. V əsrdə İran şahı I Dara tərəfindən salınmış yol. Herodotun əsərlərindən məlumdur. İran imperiyası süquta uğradıqdan və Selevkilər dövləti yarandıqdan sonra da yolun bir hissəsi kral sülaləsinin padşahları və qoşunları tərəfindən istifadə olunmağa davam etmişdir. Sarddan o zamanlar imperiyanın mühüm limanı olan Efesə gedən yolun bir hissəsini məhz onlar çəkmişdir. Daha sonra qismən Roma Respublikası və imperiyası, daha sonra Bizans imperiyası dövründə istifadə edilmişdir. Suzdan Sarda qədər uzanan krallıq yolunun uzunluğu təxminən 3,400 kilometr (2,100 mil) idi.
Lenin yolu
Lenin yolu (alm. Lenins Weg‎) — 1932-1936-cı illər ərzində Helenendorf və bir müddət sonra Bakı şəhərində nəşr olunmuş alman dilində qəzet. Kommunist yönümlü olan qəzet Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin dəstəyi ilə nəşr edilmişdir. Lenin yolu qəzeti Qafqaz almanları arasında kommunist ideyalarının yayılmasına hesablanmışdı.
Likiya yolu
Likiya yolu (türk. Likiya yolu) — Türkiyə, qədim Likiyanın dəniz sahili boyu uzanan turist marşrut yolu. Uzunluğu 509 km olan bu yol Fəthiyəni Antalya ilə birləşdirir. == Ümumi məlumat == Antik Likiya ərazisi Teke yarımadasında yerləşir. Likiya yolu bu ərazidə olan həm tarixi, həm də coğrafi obyektləri birləşdirir. Yol antik yollardan, patikalardan(dağ cığırlarından) və qatır yollarından ibarətdir. Likiya yolu bəzən dəniz sahili boyu, bəzəndə dağlıq ərazi boyu uzanır, bir qismi isə Olimpos Beydağları Milli Parkın ərazisindən keçir. Yolun keçdiyi ərazinin maksimal hündürlüyü 1811 m-dir. Yol keçilməsi baxımdan orta və ağır dərəcə ilə qiymətləndirilir. Ümumi məsafənin ortalama qət olunma müddəti 29 gündür.
Monorels yolu
Monorels yolu və ya təkrelsli dəmiryolu — nəqliyyat qurğusu. Sərnişin vaqonları və ya yük vaqonetləri lazımi yüksəklikdə quraşdırılmış estakadaya, yaxud ayrı-ayrı dayaqlara bərkidilmiş relsin (monorelsin) üzəri ilə hərəkət edən arabacığa bərkidilir. Vaqonlar ya arabacıqlara üstdən söykənir (talvar tipli monorels yolu), yaxud arabacaıqların altından sallanır (asma monorels yolu). Yük daşıyan monorels yolundan (uzunluğu 1,5 kilometrədək) sənaye müəssisələrində sexdaxili, sexlərarası və zavodlararası nəqliyyat vasitəsi kimi istifadə olunur. Yük vaqonetləri xüsusi platforma, özüboşalan kuzov, qaldırıcı və tutucu mexanizmlərlə təchiz olunur. 0,5–2 metr (bəzən 5 m) yük götürür, sürəti 2–4 km/saatdır. Bir sıra ölkələrdə sərnişin daşıyan monorels yolu (əsasən, təcrübə məqsədi ilə və ya sərgilərdə xidmət göstərmək üçün) titkilmişdir. Tokionun mərkəzi ilə Xaneda Hava Limanı arasında monorels yolu çəkilmişdir Vaqonlar 60–120 sərnişin tutur;qatarların sürəti 120 km/saat, ayrı-ayrı sınaq sahələrinmdə 240 km/saat və daha çox olur. Nisbətən baha başa gəldiyi üçün tətbiqi məhduddur. Адасинский С. А. Городской транспорт будущего.
Müstəqillik yolu
Müstəqillik yolu (türk. Bağımsızlık Yolu) — Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən solçu siyasi partiya. Əvvəllər qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən qurum 2018-ci ildə partiyaya çevrilmişdir. İlk dəfə 2022-ci il parlament seçkilərində iştirak etmişdir.
Nomentan yolu
Nomentan yolu (lat. Via Nomentana) - İtaliyada Romadan keçən və Lazioda yerləşən Nomenta şəhərindən (lat. Nomentum) 23 km şimal-şərqdə yerləşən qədim yoldur. Əvvəllər yol, Fikuliya yolu (lat. Via Ficulnensis) adlanırdı. Bunun səbəbi yolun Romadan 13 km məsafədə yerləşən etrusk-latın şəhəri olan Fikuleyaya (lat. Ficulea) qədər çatması idi. Sonralar yolu Nomentaya qədər uzatdılar və onun adı da dəyişdi. Zaman keçdikcə Nomentan yolunu bir az da uzatdılar və o, Adriatik dəniz sahilindəki Truentə (lat. Castrum Truentinum) qədər çatan Salariya yolu ilə birləşdi.
Olimpiya Yolu
Olimpiya Yolu ümumiyyətlə isə Uembli Yolu kimi tanınan bu yol İngiltərənin paytaxtı London şəhərində yerləşən Uembli Park metro stansiyasına və Uembli stadionu tərəfə bağlayan yoldur. Stadionda keçirilən bütün tədbirlərdən öncə minlərlə tamaşaçı məhz bu yoldan istifadə edərək stadionun girişinə yaxınlaşır. Məhz bu yol London metropolitenindən çıxarkən stadiona tərəf yönələn ən asan yoldur. Uembli Yolu İkinci dünya müharibəsindən sonra alman əsirlər tərəfindən bir neçə il ərzində tikilmişdr və bu əsirlər bu günə qədər Böyük Britaniya tərəfindən nəzarət altındadır. Başlanğıcda onlar Londonda keçirilmiş 1948 Yay Olimpiya Oyunları ərzində işləri görməkdən qəsdən boyun qaçırdılar lakin sonradan onların vəzifəsi mətbuatda yayımlanmış tənqidi yazı səbəbiylə dəyişdirildi; "Bunu fərz etmək olar ki, Əmək Nazirliyi könülsüz olan qul əməyinin yerli və xaricdən gələn ziyarətçilərin gözü qarşısında istifadə etmədən öncə çox dərindən düşünəcək." Əvəzində onlar daha az göz pnündə olan tikinti obyektlərində çalışdırıldılar.
Süd Yolu
Süd yolu (lat. Via Lactea, ing. Milky Way), Ağ yol və ya Kəhkəşan — Günəş sisteminin də daxil olduğu qalaktika. Hələ ən qədim zamanlardan, insanları aydın və Aysız gecə göyündə şimaldan cənuba doğru uzanan işıqlı bir zolağın möcüzəli görünüşü həmişə maraqlandırmışdır. Səmanın başqa hissələrindən fərqlənən və nisbətən möcüzəli görünən bu işıqlı zolağı insanlar öyrənməyə çalışmışlar. Aydın məsələdir ki, adi gözlə bunu öyrənib müəyyən fikir söyləmək o qədər də asan olmamışdır. Teleskoplar icad olunduqdan sonra şimaldan cənuba doğru yönəlmiş həmin ağ zolağın Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların şüalanmasının yaratdığı fon olduğu məlum oldu. Buna Ağ yol, Süd yolu, müsəlman aləmində isə Məkkə yolu, anadolu türkləri isə Samanyolu adını verdilər. Bu işıqlı zolağa Məkkə yolu adının verilməsinin özünəməxsus tarixi vardır. Hələ kompas kəşf olunmamışdan qabaq, insanlar cəhətləri müəyyən ulduzlara və səma cisimlərinin vəziyyətinə görə təyin edirdilər.
Uşaqlıq yolu
Uşaqlıq yolu (ing. vagina) ― 8–10 sm uzunluğunda boru şəklində olub uşaqlığı xarici cinsiyyət üzvləri ilə birləşdirir; dölün və aybaşı qanının uşaqlıqdan xaricə çıxması və toxumun (spermatozoidin) uşaqlığa daxil olması üçün bir yol təşkil edir. Bunun ön divarı — lat. paries anterior və arxa divarı — lat. paries posterior vardır. Bunlar uşaqlıq yolu boş olan vaxt bir-birinə söykənir və aralarında frontal istiqamətdə durmuş bir yarıq qalır. Uşaqlıq yolu aşağıya doğru daralaraq uşaqlıq yolu dəliyi (girəcəyi) — lat. ostium vaginae (introitus vaginae BNA) vasitəsilə uşaqlıq yolu dəhlizinə açılır; yuxarıda isə uşaqlıq boynunun uşaqlıq yolu hissəsini (lat. portio vaginalis cervicis) əhatə edir və nəticədə uşaqlıq yolu ilə lat. portio vaginalis arasında uşaqlıq yolu tağı — lat.
Zəfər yolu
Füzuli–Şuşa avtomobil yolu və ya "Zəfər yolu" — Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yolu. Avtomobil yolunun təməli noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. 7 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Füzuli rayonunda Zəfər yolunun açılışını ediblər. İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi olmuşdur. 2020-ci il noyabrın 16-da İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir. 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır. Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilmişdir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 101.5 km təşkil edir.
İpək Yolu
Böyük ipək yolu — Qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan ticarət yoludur. Tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir. E.ə. II əsrdə açılıb. Lançjoudan keçməklə Siandan Dunxuanacan uzanırmış. Burada iki yerə ayrılırmış: şimal yolu Turfandan Pamirə, oradan isə Fərqanəyə və Qazaxıstan çöllərinə qədər uzanıb. Cənub yolu Lobnor gölünün yanıyla, Təklə-Məkan səhrasının cənub hissəsiylə Yarkənd və Pamirdən (cənub hissəsindən) keçməklə Baktriyaya, oradan isə Parfiyaya, Hindistana və Yaxın Şərqə qədər uzanmışdır. E.ə.145-ci ildə Çinlərlə Hunlar arasında müharibə başladı. Və e.ə.120-ci ildə Hunlar məğlubiyyətə uğradılar. "İpək yolu" və "İpək marşrutu" terminləri (alm.
Ələhi yolu
Ələhi yolu — Ordubad rayonunun Ələhi kəndinin qərb tərəfində, çayın sağ sahilində arxeoloji abidə. Körpüdən çıxdıqdan sonra yol həm cənuba, həm də şimala doğru uzanır. Dağların yamacı boyunca uzanan yolu aşınmadan qorumaq üçün iri qaya parçalarından hörülmüş divarlar çəkilmişdir. Divarların ətrafından Orta əsrlərə aid şirsiz keramika parçaları aşkar olunmuşdur. Ələhi körpüsü yaxınlığında olan yolun salınmasını VII-XVIII əsrlərə aid etmək olar. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 99.
Eqnati yolu
Eqnati yolu və ya Via Egnasiya (lat. Via Egnatia) — Yunanıstanın Roma tərəfindən zəbt edilməsindən (e.ə. 146) qısa müddət sonra Balkanlardan keçən və Adriatik sahilindəki Dirraxi və Apolloniya ilə Egey sahilindəki Salonikanı birləşdirən Roma yolu. Sonradan Konstantinopola qədər uzanmış, Roma imperiyasının köhnə və yeni iki paytaxtı arasında əsas əlaqə yolu, həmçinin Qədim Romada mühüm iqtisadi marşrut kimi xidmət etmişdir. Yolun tikintisinə e.ə. 145-ci ildə başlanmış və 44 il davam etmişdir. == İndiki dövrdə == Qədim yolun hissələri Albaniya, Yunanıstan, Şimali Makedoniya və Türkiyə dövlətlərində bu günə qədər gəlib çatmışdır. Qədim hərbi ticarət yolunun marşrutu ümumi mənada müasir "Eqnatiya" magistralına bənzəyir. Onun sələfinin ümumi uzunluğu 746 mil (təqribən 1120 km), standart eni 6 metr idi. Qədim yolun marşrutu arxeoloqlar tərəfindən onun kənarlarına qoyulmuş ikidilli dirəklərdən istifadə etməklə yenidən qurulur.
Ədviyyat yolu
Ədviyyat yolu və yaxud Baharat yolu — Hindistan, Molukka adaları və Şərqi Afrikanı Aralıq dənizi ölkələri ilə birləşdirən yer üzündəki ən qədim ticarət yollarından birinin quru hissəsi. Ticarət yolu Ərəbistan və Qırmızı dəniz limanlarından başlayırdı. Burada mallar Petra vasitəsilə Aralıq dənizi sahillərinə gedən karvanlara yüklənirdi. Ticarəti asanlaşdırmaq üçün Kraliça Hatşepsut, fironlar III Senusret və I Nexo və Əhməni çarı I Dara Qırmızı dənizi Aralıq dənizi ilə birləşdirən kanal qazmağa cəhd etmişdilər. Ticarət yolunun adı şərti olaraq, ədviyyat yolu adlanırdı, çünki, yol ilə Hindistan və Uzaq Şərqdən müxtəlif ədviyyatlar gətirilirdi. Lakin ədviyyatla yanaşı, bu yol ilə həm də Şərqi Afrikadan qiymətli ağac və fil sümüyü, Çindən ipək, qızıl, gümüş və qiymətli daşlar da daşınırdı. XIII əsrdən başlayaraq müsəlman dövlətlərinin (Məmlük dövləti, Osmanlı və Səfəvi imperiyaları) ədviyyat ticarəti yolu üzərində hökmranlığı avropalıları alternativ yollar tapmağa məcbur etdi. Bu isə öz növbəsində Böyük coğrafi kəşflərə gətirib çıxardı. Ədviyyat ticarəti Asiya, Şimal-Şərqi Afrika və Avropadakı tarixi sivilizasiyaları əhatə edirdi. Darçın, kassiya, istiot, hil, zəncəfil, bibər, sarıkök, muskat fındığı, anis, mixək və s.
Təyin yolu
Təyin yolu — farmakologiya və toksikologiyada dərmanın, mayenin, zəhərin və ya digər maddənin orqanizmə daxil olması üsuludur. Dərmanların orqanizmə yeridilmə yollarının vahid təsnifatı olmasa da, əsasən, yerli (lokal) və sistem xarakterli olmaqla iki qrupa bölünür. Dərman maddələrinin orqanizmə yerli təyini yollarına aşağıdakılar aiddir: Epidermal (dəriüstü, perkutan) İntrakutan (dəriiçi, dəridaxili) Konyuktiva üzərinə İntranazal (burundaxili) İntrabukkal (ağıziçi, yanaqdaxili) İntratekal (subaraxnoidal) İntravaginal İntrarektal İntraplevral İntraperitoneal İntrakardial İntrauterin (uşaqlığın divarına — miometriuma inyeksiya) İntraartikulyar (oynaqiçi). Epidermal yolla dərman maddələri məhlul, suspenziya, məlhəm, krem və s. formada, əsasən, dəri xəstəliklərinin müalicəsi məqsədilə təyin olunur. Dərman maddələri dəri içinə, adətən, müxtəlif allergik və ya bakterioloji sınaqların aparılması məqsədilə təyin olunur. Bu yolla, həmçinin, yerli anestetiklər də təyin oluna bilər. Konyuktiva üzərinə oftalmologiya təcrübəsində istifadə olunan dərman maddələri (oftalmik preparatlar) təyin olunur. İntranazal yolla, əsasən, yerli təsir almaq məqsədilə iltihabəleyhinə, antibakterial, vazokonstriktiv təsirli maddələr, yerli anestetiklər təyin olunur. Bukkal yolla dərman maddələri, əsasən, ağızın selikli qişası və diş ətinin müxtəlif mənşəli xəstəliklərinin müalicəsində təyin olunur.
Dəmir yolu uşaqları
Dəmiryolu uşaqları (ing. The Railway Children) — 1905-ci ildə London Jurnalında seriyalı olaraq, ilk dəfə isə 1906-cı ildə kitab şəklində nəşr olunan Edit Nesbitin uşaq kitabı böyük rəğbət görmüşdür.Bir neçə dəfə ekran üçün uyğunlaşdırılıb, 1970-ci ilin ən yaxşı film versiyasıdır. Qəbulu Edith'in yaşadığı yerə yaxın Chelsfield dəmiryol stansiyasına getməsi və Chelsfield ilə Knockholt arasındakı dəmir yolu kəsmə və tunel inşasını izlədiyi düşünülür. == Məzmunu == Hekayə, Londondan 'Üç baca' ya, dəmir yolu yaxınlığındakı bir evə, Xarici İşlər İdarəsində işləyən atanın casusluqda ittiham edilib, həbs edildikdən sonra köçən bir ailəyə aiddir. Uşaqları, Roberta ("Bobbie" ləqəbi ilə), Peter və Phlislis, evlərinin yaxınlığında müntəzəm olaraq 9:15 qatarı aparan köhnə bir cənab ilə dostlaşırlar; nəticədə atalarının günahsız olduğunu sübut etməyə kömək edə bilirlər və ailə yenidən qovuşur. Ata sərbəst buraxılmadan əvvəl, ailəsi (daha sonra yerləşdiyi) axtaran İngiltərəyə gələn cənab Szczepansky və tuneldə qırılmış bir ayağından əziyyət çəkən Köhnə Cənabın nəvəsi Jim'in qayğısına qalır. Günahsız bir insanın casusluğa görə həbs olunduğu və nəhayət sübut olunduğu mövzunun , kitabın yazılmasından bir neçə il əvvəl dünyada məşhur bir xəbər xəbəri olan Dreyfus İşinin təsiri ola bilər . Çarların "kasıb insanlar haqqında gözəl bir kitab yazması və onlara necə kömək ediləcəyini" yazdıqları üçün təqib edilən və sonradan uşaqların kömək etdiyi Rus sürgüsü , çox güman ki , hər iki dost olan real müxalifətçilər Sergius Stepniak və Peter Kropotkinin bir birləşməsi idi. Kitab o dövrdəki Rus-Yapon müharibəsindən və İngiltərə xalqının müharibəyə münasibətindən bəhs edir. Bu, 1905-ci ilin yazına və payızın əvvəllərinə təsadüf edir.
Eynalı kanat yolu
Eynalı kanat yolu — Təbriz şəhərində Pasdaran yolunun üzərində yerləşən kanat yolu üç mərhələli layihədir. 2010-cu ildə istifadəyə verilmiş birinci mərhələdə kanat yolunun uzunluğu 1450 metrdir. Kanat yolu bir saata 1000 sərnişin daşımaq gücünə malikdir. Kanat yolu vasitəsilə Təbriz şəhərini quş baxışı seyr etmək mümkündür.

Digər lüğətlərdə